• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2134
— 11.08.2020 12:03

Oğlunu oğurluğa təhrik etdi

KepezTV Player

Abşeron rayonu Xırdalan şəhərində çoxmərtəbəli binaların yeraltı dayanacaqlarında velosipedləri oğurlayan şəxs saxlanılıb. Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Xırdalan şəhər sakini Mahir Mirzəbəyov saxlanılıb. Müəyyən edilib ki, o, azyaşlı oğlunu binaların dayanacaqlarında sakinlərə məxsus velosipedləri oğurlamağa təhrik edib. Özü isə kənardan müşahidə edib. Ata və övladının bu hərəkətləri binaların dayanacağında quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. Azyaşlı velosipedləri oğurlayandan sonra atasına təhvil verib. Mahir Mirzəbəyov isə velosipedləri dəyər-dəyməzinə satıb. Oğurlanan velosipedlərdən bəziləri aşkar olunaraq maddi sübut kimi götürülüb. **Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri daha bir əməliyyat zamanı isə Xırdalan şəhərində yetkinlik yaşına çatmayan bir nəfərin dəyəri 600 manat olan bir ədəd mobil telefonunu soyğunçuluq yolu ilə əlindən alan şəxs saxlanılıb. Cinayəti törətməkdə şübhəli bilinən Naftalan şəhər sakini Bəxtiyar Məmmədov tutulub. O, ifadəsində törətdiyi əməli etiraf edib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.