• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1882
— 06.08.2020 19:50

Prezident İlham Əliyev sərəncam imzalayıb

KepezTV Player

Prezident İlham Əliyev Azərbaycanın Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində mülki əhaliyə dəyən ziyanın aradan qaldırılması məqsədilə dövlət büdcəsindən Fövqəladə Hallar Nazirliyinə 1 milyon manat vəsaitin ayrılması barədə sərəncam imzalayıb. Nazirlər Kabineti kəndlərdə sosial infrastrukturun yaxşılaşdırılması məqsədilə zəruri hesab olunan işlərə dair təkliflərini bir ay müddətində Prezidentə təqdim etməlidir. İlham Əliyev Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması məqsədilə  dövlət büdcəsindən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 3 milyon manat ayrılması barədə də sərəncama imza atıb.