• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 828
— 05.08.2020 20:14

Su və kanalizasiya infrastrukturu yenilənir

KepezTV Player

Qazax şəhərində təxminən 50 ilə yaxındır istismar olunan su və kanalizasiya infrastrukturu demək olar ki, sıradan çıxıb. Həmçinin əhalinin çoxalması və məskunlaşmanın genişlənməsi yenilənməyə ehtiyac yaradıb. Ötən ildən şəhərin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanıb. Layihə 26 min sakinə bu xidmətlərin daha keyfiyyətlə göstərilməsinə şərait yaradacaq. Hazırda su mənbəyində, magistral kəmərdə və anbarda tikinti-quraşdırma işləri davam etdirilir. Şəhərdaxili 106 km içməli su şəbəkəsinin artıq 80 km-də inşa işləri başa çatdırılıb.

Qazax şəhərində içməli su və kanalizasiya xəttinin tikintisinin ilin sonunda başa çatdırılması planlaşdırılır. Tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan sutəmizləyici qurğunun tikintisinə də start verilib. Layihə çərçivəsində gələcəkdə rayonun Ağköynək, Qarapapaq, Hüseynbəyli və Ağstafa rayonunun Dağ Kəsəmən kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə layihədən 45 min sakin yararlanacaq.