• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1260
— 05.08.2020 19:22

10 koronavirus xəstəsi barəsində cinayət işi başlanıldı

KepezTV Player

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi dövründə “Covid-19” virusunun yayılması hallarının qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. TƏBİB-dən daxil olan məlumatlara dərhal reaksiya verilməklə zəruri tədbirlər görülüb, “Covid-19” virusuna yoluxan və ev şəraitində müalicə olunan şəxslərin müəyyən edilən qaydalara riayət etmələri, öz hərəkətləri ilə digər şəxslərin yoluxmasına təhlükə yaratmamaları diqqət mərkəzində saxlanılıb. Təkcə cari ilin iyul ayı ərzində paytaxtın Binəqədi, Səbail, Sabunçu, Xətai, həmçinin Sumqayıt, Mingəçevir, Cəlilabad, Yevlax, Göyçay şəhər və rayon polis orqanları tərəfindən görülən tədbirlər nəticəsində koronavirus infeksiyasına yoluxan və ev şəraitində müalicə olunan 10 nəfərin mənzillərini tərk edərək küçəyə çıxmaları və digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoymaları müəyyən olunub. Görülən tədbirlərlə həmin şəxslər dərhal təcrid edilib və xüsusi karantin rejimi qaydalarını pozmaqla virusun yayılmasına real təhlükə yaratdıqlarına görə barələrində Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanıb.