• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1406
— 05.08.2020 19:27

Azyaşlını avtomaşın vurub

KepezTV Player

Bıçaq qədər kəskin olmasa da, onun qədər sağlamlıqdan edən qəzalar barədə də sujetimiz var. Qanunlara laqeyd yanaşmağın nəticələri hər zaman olduğu kimi dözülməz oldu. Təfərrüatları izləyək.

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Olay Samux küçəsindəki işıqforda qeydə alınıb. "VAZ 2104" markalı minik maşını "Nissan" markalı avtomobillə toqquşub. Müxtəlif bədən xəsarəti alan "VAZ"-ın sürücüsü, 62 yaşlı Ramiq Niftəliyev xəstəxanaya yerləşdirilib. *** Bakının Yasamal rayonunda da xəsarətlə nəticələnən yol qəzası baş verib. 21 yaşlı Emin İsrafilovun idarə etdiyi motosiklet avtomobilə çırpılıb. Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.***Qaradağ rayonunda isə piyadanı avtomobil vurub.  Bakı-Şamaxı avtomobil yolunun 18-ci kilometrliyində 29 yaşlı Cavid Xankişiyev yolu keçərkən onu "Kia" markalı minik avtomobili vurub. Yaralı 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.*** Yasamal rayonunda da anoloji hadisə yaşanıb. Avtomobil yolu keçən 25 yaşlı Dadaş Mütəllimovu vurub. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. ***  Daha bir piyadavurma faktı Tovuzun Heydər Əliyev prospektində qeydə alınıb. 11 yaşlı Əli Ayvazov yolu keçmək istəyən zaman onu "VAZ 2107" markalı minik maşını vurub. Xəsarət alan azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktlarla bağlı araşdırma aparılır.