KepezTV Player
Yeri gəlmişkən, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan əməkdaşların ezamiyyələrinin bu gündən icaze.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb. Bunun üçün möhür səlahiyyətli şəxs portalda “İcazələr” bölməsinə daxil olur. “Əməliyyatlar” sütunundan “ezamiyyə et” düyməsinə klik edərək müvafiq məlumatlar doldurulur və təsdiqlənir. Əməkdaşın indiyədək sistemdə icazəsi olubsa “İcazələr” bölməsində "Aktivləşdir" düyməsini basmaq, sistemə daxil edilməyən əməkdaş üçün isə “Yeni” düyməsinə klik edərək öncə icazə almaq lazımdır. Yaranan suallarla əlaqədar “ASAN xidmət”in 9108 Çağrı Mərkəzinə müraciət etmək olar.
- Baxış: 222