• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1400
— 04.08.2020 19:12

Reyddə cərimələnənlər oldu

KepezTV Player

Şəkidə də qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirilib.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə qarşı tədbirlər davam etdirilir. Polis əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən böyük supermarketlərdə keçirilən reyd zamanı bəzi müştərilərin tibbi maskadan istifadə etmədiyi aşkar edilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, sanitar-gigiyenik tələblər izah olunub. Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin zəruriliyi bildirilib. Karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb.

Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə potokol tərtib edilərək, 100 manat məbləğində cərimə olunublar.