• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1235
— 31.07.2020 20:23

Unudulan qəbrlər, baxımsız qalan park

KepezTV Player

İki qəbir, fərqli talelər, eyni məkan. Şair-dramaturq Abbas Səhhət, rus polkovniki Leonid Vasileviç İvanov və Gəncə çayının sol sahilindəki park. Necə deyərlər gözdən könüldən kənarda qalan bir yer. Baxımsızlıqdan nə sakinlər üz tutur bu parka, nə də burada uyuyanların ruhu şad olur. Əməkdaşımız Elnur Vahidoğlu baxımsızlığın qurbanına çevrilən bu qəbirlərin, eləcə də parkın gələcək taleyi ilə bağlı maraqlanıb. İzləyək.

Böyük mütəfəkkir, şair Abbas Səhhət yaşadığı dövrdə xalqını, vətənini sevən bir şəxs olub. Bu onun yaradıcılığında da bariz şəkildə nümayiş etdirilir. Beləki, "Vətəni sevəməyən insan olmaz, Olsada o şəxsdə vicdan olmaz" şerində bu onu bir daha sübüt edir. Şamaxı şəhərində 1874-cü ildə anadan olan Abbas Səhhət Gəncə şəhərində vəfat edib.

Amma şairin vəfat edərək dəfn edildiyi şəhərdə ruhunun şad olduğunu demək çətindir. Vəba xəstəliyindən dünyasını dəyişən şair səbiskar qəbirstanlığında dəfn olunsa da 1947-ci ildə Gəncə çayının sol sahilinə köçürülür. Gəncə Dövlət Dram teatrının yerləşdiyi Məmməd Bürcəliyev küçəsindəki Sahil bağında Abbas Səhhətin qəbrüstü abidəsi də ucaldıldı.

Elgün Aslanov - tarixçi: Sovet dövrü, Çar Rusiyasının idealogiyası belə idi ki, qarayaxma, tarixi faktları saxtalaşdırma yəni onlar tarixi olduğu kimi yox öz istdikləri kimi yazırdılar. O cümlədən də tarixi şəxslər haqqında böhtan, qara yaxmalar, düzgün olmayan məlumatlar əks etdiridilər. Abbas Səhhətin ruhuna hörmət məqsədi ilə eyni zamanda onun nəşinin əbədiləşdirilməsi məqsədi ilə onun qəbr üstü abidəsinin qoyulması üçün bura köçürülüb.

Abbas Səhhətin qəbrindən təxminən 100 metr aralıda rus təyyarəçinin də qəbrüstü abidəsi yerləşir. Qəbirin üzərində yazıldığı kimi rus polkovnik Leonid Vasilyeviç İvanov burada dəfn olunub. Həmin şəxs 1905-ci ildə dünyaya gəlib, 1950-ci ildə isə Gəncə şəhərində vəfat edib.

Elgün Aslanov - tarixçi: Bu şəxs Gəncədə aviasiya sisteminin formalaşmasında, o dövrdə müharibə üçün lazım olan avadanlıqların hazırlanmasında bu şəxsin böyük rolu, xidməti olub. Bu məqsədlə də bu şəxsin burada abidəsi yerləşib. Tarixi mənbələrdə Sovet dövründə onun ad günlərində eləcə də digər tədbirlər burada keçirilib.

Təxminən 100 ilə yaxın yaşı və 1 ha yaxın ərazisi olan park uzun müddət şəhər sakinlərin sevimli istirahət guşəsi olub. Elə parka gələnlər də həm istirahət edib, həm də tarixi daha dərindən öyrənib. Amma indi nə Gəncə çayının sahilində dincələn var, nə də baxımsız vəziyyətə düşən qəbrlərlə maraqlananlar.

Gəncə çayının sol sahilində yerləşən bu park illərdir ki, baxımsızdır. Bu baxımsızlığı sübüt edən amillərdən biri də parka tökülən məişət tullantıları ilə yanaşı, prakdakı illərin bu ağaclarının qurumasıdır.

Arifə Fərəcova - sakin: Bu bağı sulayırdılar, təmizləyirdilər, oturacaqlar qoyurdular. İndi başdı-başınadır. Biz evə giririk çölə çıxırıq ki, oturacaqlar yoxdu.Yaşlı adamıq, qapıda oturmaq istəyirik, işığı yox bərbad haldadır.

Alim Abbasov - sakin: Bu çayın qırağı sakitlik idi, təmizlik idi. Ağacların salınması təxminən mənim yadıma gəlir. Park kimi istirahət guşəsi kimi burada bu gün dincəlmək mümkün deyil. Bu gün burada təmizlik də getmir.

Nə tarixi irsin qorunması, nə də sakinlərin asudə vaxtlarının səmərəli təşkili nöqteyi nəzərindən yaranan vəziyyət ürəkaçan deyil. Gəncənin demək olar ki, mərkəzi hissəsində yerləşən parkın aqibəti narahatlıq doğurmaya bilməz.

Vüsal Balayev - MKTİB-nin mətbuat katibi: Yaxın günlərdə Mənzil Komunal Təsərrüfat İstehsalat birliyinin Yaşıllaşdırma və təmizlik şöbəsi tərəfindən burada abadlıq, təmizlik işləri görüləcəkdir. Qəbrlərin abadlaşmasını deyə bilmərəm, amma ətrafının təmizliyinin daha da yaxşı səviyyəyə gətirilib çıxarılmasını Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyi öz üzərinə götürür.

Göründüyü kimi parkın abadlaşdırılması elə də çətin deyilmiş. Amma qaranlıq qalan qəbrlərin taleyidir. İnanırıq ki, xalqı, vətəni üçün yaşayanların ruhuna biganə qalınmayacaq. Əbədiləşdirilən xatirələri gələcək nəsillərə də ötürüləcək.

Elnur Vahidoğlu