• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2043
— 30.07.2020 19:55

Prezident İlham Əliyev sərəncam imzalayıb

KepezTV Player

Prezident İlham Əliyev Qaraməryəm–İsmayıllı–Şəki–Şirinbulaq avtomobil yolunun tikintisi məqsədilə dövlət büdcəsindən 12 milyon manatın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılması barədə sərəncam imzalayıb. Daha bir sənədlə Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun Oğuz–Şəki hissəsinin yenidən qurulması məqsədilə Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 10 milyon manat ayrılıb. Prezident İlham Əliyev Qəbələ rayonunun əhalisi 14880 nəfər olan 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə 700 min manatın Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılması barədə də sərəncama izma atıb. Bundan başqa, Təhsil Nazirliyinə Qəbələ rayonunun Zarağan kəndində 528 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün ilkin olaraq 1 milyon 500 min manat, Şəki şəhərində 960 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının inşası üçün 2 milyon manat, Qobustan rayonunun Təklə Mirzəbaba kəndində 132 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün isə 1 milyon manat ayrılıb.