Prezident İlham Əliyev Qobustan rayonuna səfərə zamanı koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışında iştirak edib. Ölkə başçısı Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun 131,5-ci kilometrindən 215-ci kilometrinə qədər olan hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub. Prezident İsmayıllı rayonuna səfəri zamanı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak edib. İsmayıllı rayonunun Muğanlı-İsmayıllı-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. Tədbir çərçivəsində Qaraməryəm-İsmayıllı-Şəki -Quşencə-Zoğallıq avtomobil yolunun da təqdimatı olub. Dövlət başçısı rayonda koronaviruslu xəstələrin müalicə alacağı modul tipli xəstəxananın açılışında da iştirak edib.
- Baxış: 252