• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1974
— 27.07.2020 12:10

2 əmioğlu bıçaqlanıb, biri ölüb, digərinin vəziyyəti ağırdır

KepezTV Player

Şəmkirdə qətl hadisəsi baş verib. Bayramlı kəndində 27 yaşlı İsmət Cəfərov aralarında yaranmış mübahisə zamanı qohumları - 26 yaşlı Ruslan Nağıyevə bıçaqla zərbə vuraraq öldürüb, onun əmisi oğlu Xalid Nağıyevə isə həyat üçün təhlükəli olan ağır xəsarət yetirib. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Şəmkir rayon prokurorluğunda cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.