• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1813
— 25.07.2020 12:18

Təkrar əkinə maraq artıb

KepezTV Player

Təkrar əkin torpaq mülkiyyətçisi üçün mövsüm ərzində əlavə qazanc hesab olunduğu üçün bu sahəyə maraq da ilbəil artır. Aqrar rayon olan Samuxda da fermerlər təkrar əkin üçün torpaq sahələrini genişləndirirlər. Rayonda bu il 122 mülkiyyətçi təkrar əkin üçün müqavilə bağlayıb.

Samuxda bu mövsüm becərilən 11 min ha-a yaxın taxıl sahəsindən 36 min 610 t məhsul yığılıb. Əldə edilən məhsulun 23 min 210 tonu buğda, 13 min 390 tonu arpa olub. Hər hektardan məhsuldarlıq xeyli artaraq 40 sentnerə yaxınlaşıb. Yığımı uğurla sona çatdıran samuxlu fermerlər, təkrar əkinin üstünlüklərindən də maksimum istifadə etməyə çalışırlar. İyulun əvvəlindən fermerlər təkrar əkinə başlayıb və 2975 hk sahədə təkrar əkin aparıblar. Təkrar əkinlər zamanı fermerlər, bu bölgə üçün xarakterik olan tərəvəzçiliyə üstünlük verir, qarğıdalı, günəbaxan və digər yem bitkiləri də əkirlər. Şübhəsiz ki, bu da onlar üçün əlavə gəlir gətirir.

Asif Saadov - fermer : Təkrar əkin fermer üçün əlavə qazanc deməkdir yəni torpağı boş saxlamırıq. Taxıldan sonra qarğıdalı da əkirik, başqa-başqa dənli bitkilər əkirik. Suvarma sistemimizdə pilot suvarma sistemidir. Çalışırıq ki, təkrar əkini getdikcə artıraq. Bu il 45 hk qarğıdalı əkmişik, bunu da gələcəkdə çoxaltmaq fikrindəyik. Satışda elə bir problem yoxdu, bu il də lap yaxşıdır. Qarğıdalının qiyməti 45 qəpikdən yuxarıdır.

Rayonda təkrar əkin zamanı ilk dəfə olaraq xaricdən gətirilən yeni növ toxum sortlarından da istifadə edilir ki, bu da məhsuldarlığı artırmağa imkan verəcək.

Bu il ilk dəfə samuxlu fermerlər Türkiyədən gətirilən qarğıdalı növünü əkiblər. Bu növün yerli növdən bir sıra üstünlükləri var. Belə ki, yerli sortdan hektardan 5-6 ton məhsul götürmək mümkün olduğu halda Türkiyədən gətirilən bu sortdan isə hektrdan 8-10 ton məhsul götürmək mümkün olur.

Dövlət tərəfindən təkrar əkin üçün hər hektara subsidiya verlməsi, fermerlərin kübrə, dərman, yancaq və sürtgü materialları ilə təmin edilməsi torpaq mülkiyətçilərinin bu sahəyə marağını artıb.

Rahil Həsənov - Samux DAİM-in direktoru: Cənab prezidentin səsrəncamı ilə toxum təminatını yaxşılaşdırmaq üçün hər hektar üçün 60 manat məbləğində dəstək veriləcəkdir. Təkrar əkinə maraq ötən il təxminən 133 hk artıq sahədə olubdu. Bu il də təxminən o qədər sahədə artıq gözləyirik. Ötən illərin təcrübəsinə əsaslanaraq demək olar ki, hər il Samux rayonunda 3500 hk yaxın təkrar əkinlər aparılır.

Təkrar əkinlər isə kəndlinin sosial rifahını yüksəltməklə yanaşı, sakinlərin daimi məşğullunun təmin olunmasında da mühüm rol oynayır. Samuxda təkrar əkinin məhsul yığımı isə oktyabırda başlanılır. Ondan sonra isə rayonda payızlıq taxıl əkini üçün şumlama aparılır. Ümumilikdə Samux rayonunda 25 min ha yaxın əkinə yararlı torpaq sahəsi var.

 

Elnur Vahidoğlu