KepezTV Player
Azərbaycanın milli aviadaşıyıcısı həmvətənlərin ölkəmizə qayıtması üçün çarter reyslərini yerinə yetirməyə davam edir. Ötən gün çarter reysi ilə 117 Azərbaycan vətəndaşı Almatadan Vətənə gəlib. Həmin reysə yalnız COVID-19 testinin neqativ nəticəsi barədə arayış təqdim edən sərnişinlər buraxılıb. Ölkəyə gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində olmalıdırlar.
- Baxış: 263