• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1151
— 24.07.2020 20:26

Ülviyyə Fətəliyeva millinin heyətində ehtiyatda yer alıb

KepezTV Player

Bu il Rusiyanın paytaxtı Moskvada təşkili nəzərdə tutulan ümumdünya şahmat olimpiadası koronavirus pandemiyası səbəbindən təxirə salınsa da, yarış onlayn formada keçirilir. Artıq bir neçə gündür start götürən turnirdə iştirak edən millimizin tərkibində gəncəli şahmatçı Ülviyyə Fətəliyeva ehtiyat oyunçular siyahısında yer alıb.

Olimpiadada cari il 163 komanda qüvvəsini sınayır. Mövcud pandemiyaya görə dəyişikliklər olan yarışda bu dəfə komandaların heyətində say tərkibi azalıb. Belə ki, daha öncə həm kişilər, həm də qadınların mübarizəsində komanda da 4 şahmatçı və 1 ehtiyat idmançı yer alırdısa, bu il 3 iti zəka sahibi əsas heyətdə 3-ü isə ehtiyat oyunçular siyahısında turnirdə qatılıb. Azərbaycan Şahmat Federasiyası tərəfindən Olimpiadada qadın yığmamızın tərkibinə əlavə şahmatçı kimi Ülviyyə Fətəlityevanın də adı daxil edilib. Əvvəlki illərdə də olimpiadada seçməmizin şərəfini qoruyan xanım iti zəka sahibi bu yarışda da komandamızın uğurları üçün əlindən gələni edəcək.

Reqlamentə əsasən, olimpiada iki mərhələdən ibarət olacaq. Öncə komandalar 4 divizionda – Top, 1-ci, 2-ci və 3-cü divizionda mübarizə aparacaqlar. Ardınca pley-off baş tutacaq. Millimiz top klubların siyahısında yer aldığından yarışa 2-ci mərhələdən, yəni avqustun 19-dan qoşulacaq. Yığmamızın əsas üzvlərinin iştirak edəcəyi turnirdə mükafatçılar sırasına düşməsinə inam böyükdür.

Onlayn formatda reallaşan Ümumdünya Şahmat Olimpiadasına avqustun 30-da yekun vuruluacaq.