• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2511
— 22.07.2020 20:01

Bakı, Şamaxı və Gəncədə epidemioloji vəziyyətin qiymətləndirilməsi aparılacaq

KepezTV Player

Səhiyyə naziri Oqtay Şirəliyev ÜST Avropa Regional Bürosu tərəfindən Azərbaycanda COVİD-19-a qarşı cavab və müzakirə tədbirləri çərçivəsində qiymətləndirici missiyanı qəbul edib. Missiyanın məqsədi ölkədə mövcud vəziyyəti qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsidir. Azərbaycanda COVİD-19 infeksiyasına qarşı görülən tədbirlər, cari sanitar-epidemioloji vəziyyət, xəstəxanadaxili infeksiyalara nəzarət, xəstəliyin artma mexanizmi, xroniki gediş və digər məsələlər müzakirə edilib. Missiya paytaxt Bakıdan başqa Şamaxı və Gəncə şəhərlərində də epidemioloji qiymətləndirmə aparılmasını planlaşdırır.