• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2188
— 22.07.2020 19:50

391 nəfər koronavirusa yoluxdu

KepezTV Player

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 391 yeni yoluxma faktı qeydə alınıb, 504 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 28 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 20 443 nəfər müalicə olunaraq sağalıb, 385 nəfər vəfat edib, 7 805 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 221, ötən müddət ərzində isə ümumilikdə 649 953 test aparılıb.