• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1107
— 22.07.2020 19:57

Həqiqətin real təsviri - qəzetlər

KepezTV Player

Dünyada ənənəvi çap mediasından imtina tendensiyası sürətlə davam edir. Hətta qəzetlər çap versiyasından imtina edərək, “onlayn” variantında fəaliyyətlərini davam etdirilər. Ölkəmizdə də anoloji proses müşahidə olunur. Əvvəlki onilliklərlə müqayisədə köşklərdən qəzet alanların sayı azalıb. Belə getsə çap mediasına qarşı azalan tələbat getdikcə qəzetlərin sıradan çıxması ilə nəticələnə bilər. Qəzetlərə olan marağın necə artırılmalı olduğu barədə Fidan Muradlı danışacaq.

Sonuncu dəfə nə vaxt və hansı qəzeti oxumusunuz? ((K/A)) Əvvəllər heç olmasa küçə və parklarda tək-tük də olsa qəzet oxuyanlara rast gəlmək olardı. O da əsasən orta və yaşlı nəslin nümayəndələri arasında. İndi vəziyyət daha da psiləşib desək yanılmaraq. Çünki şəhərdə üz tutuduğumuz qəzet köşklərində satıcılardan aldığımız cavab bu tendensiyanın yaşandığını sübut edir.

Arzu Atakişiyev - satıcı: “ XXl əsrdir indi kompüter var, heç qəzetə ehtiyac yoxdur. Kimə nə lazımdır elə girir ordan - youtubedən, googledən nə lazımdır axtarıb tapır. Qəzetlərdən satılan krossvordlardır, bookmakerdir, futbol dur və yaşlı adamların ədəbiyyatla bağlı qəzeti var. Cavan adanların qəzet almağı yaddan çıxıb. Elə şey artıq çoxdan yoxdur. Cavanlar futbol və bookmaker alır. Yaşlı adamlar isə Azərbaycan, Ulduz jurnalı – bu ikisi satılır. Uşaqlar üçün isə Göyərçin var onlar da heç satılmır. ”

Məhərrəm Rzayev - satıcı: “Pandemiya dövründə iyunun 20-dən avqustun 5-nə kimi qəzet olmayacaq. Həmin müddətdə. Dövlət qəzetləri çıxır abunə gəlir, ancaq satışı gəlmir. Gənclər qəzet oxumur ümumiyyətlə krossvord arada bir alırlar. O da hamısı almır. Məsələn, 100 nəfərdən 10 nəfəri ala ya yox. Hazırda heç bir qəzet yoxdur. Satışla bağlı heç bir şey deyə bilmərəm. ”

Qələmin vəzifəsi doğru sözü yazmaqdır. Qəzet cəmiyyətin aynasıdır. Həsən bəy Zərdabi bu meyarla 1875-cilin iyilin 22-də əsl xalq qəzeti - milli söz tribunasını yaratdı. Dövrün görkəmli maarifçisinin ziyalı dostları ilə birlikdə nəşr etdirdiyi "Əkinşi" qəzetinin ömrü qısa oldu – cəmi 2 il. Amma Azərbaycan Milli Mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rol oynadı. Qəzet çapdan çıxan cəmi 56 nömrəsi ilə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri və dövrün mütərəqqi ideyalarını eks etdiridi. Bəs bu gün sakinlər qəzetdə nəyi görmək istəyirlər və ya nəyə görə qəzet almırlar?

Məsələyə uzun illərin təcrübəsinin də mövqeyini bildirmək, səbəbini öyrənmək istədik. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" və "H. Zərdabi" mukafatçısı olan Zabit Xəlilov oxucuları qəzetə cəlb etmək, yenidən geri qazanmaq üçün fikirlərini bölüşdü.

Zabit Xəlilov - “Respublika” qəzetinin bölgə müxbiri: “ Oxu zallarına getmək lazımdır. Bütün qəzetlərlə təmin olunub. Gündəlik qəzetlər var orda. Ancaq mən elə başa düşürəm ki, oxu zallarılnda və müəyyən yerlərdə, şəbəkələrdə müəyyən balaca köşklər düzəldirlər parklarda və insanların ən çox olduğu yerlərdə yaşlı nəslin hamısı qəzeti alır. İnternet və telefon şəbəkələri özlərinin reklamı üçün orda əlavə şeylər yazırlar. O yazıların çoxu düzgünlüyü əks etdirmir. Amma qəzet düzgünlüyü əks edirir. Çünki orda yalan şey yazılmır düzgün şeylər yazılır. ”

Düz 145 il əvvəl “Əkinçi” qəzeti ilə əsası qoyulan, cəmiyyətimizin güzgüsü hələ də doğruları, çatışmazlıqları göstərir. Biz varislərin öhdəsinə isə yalnız vicdanla, qərəzsiz obyektiv və ən əsası operativ işləmək düşür. Öz peşəsini sevən və işini məhsulliyyətlə icra edən bütün həmkarlar bayramınız mübarək!