• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1501
— 22.07.2020 19:52

Ermənilər Los Ancelesdə azərbaycanlı nümayişçilərə xəsarət yetirdilər

KepezTV Player

Los Ancelesdə ermənilər azərbaycanlı nümayişçilərə hücum edərək 7 soydaşımıza və polisə xəsarət yetiriblər. Los Ancelesdəki Baş Konsulluqdan verilən məlumata görə, ermənilər diplomatik korpusun binasını əhatəyə alaraq aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçirməyə cəhd ediblər. Gözlənilmədən əraziyə gedən Kaliforniyadakı azərbaycanlı icma üzvləri ermənilərin təxribatına mane olublar. Onlar “Qarabağ Azərbaycandır!”, “Ermənistanın təcavüzünə son qoyun!”, “Xocalıya Ədalət” kimi şüarlarla erməniləri susdurublar. Bu zaman qarşı tərəf soydaşlarımızı təhqir edib, daha sonra həmyerlilərimizə xəsarət yetiriblər. Nəticədə yaralanan 7 nəfərdən dördü xəstəxanaya aparılıb. Baş konsulumuz cinayətkarların cəzalandırılması tələbi ilə şəhər rəhbərliyinə müraciət göndərib. Erməni radikallarının törətdiyi barbarlıq əməlləri ilə əlaqədar ABŞ-ın ölkəmizdəki səfiri XİN-ə çağırılıb***

Azərbaycanlılar Ermənistanın Parisdəki Səfirliyinin qarşısında da etiraz aksiyası ediblər. Həmvətənlərimiz ermənilərin törətdiyi təxribata, eləcə də erməni Daşnaksutyun partiyasının və beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları olan “Gənc daşnaklar” fraksiyasının üzvlərinin Parisdəki səfirliyimizin qarşısında icazəsiz keçirdikləri aksiyaya və səfirliyin binasına qarşı etdikləri vandalizmə etiraz ediblər.İştirakçılar fransız dilində çıxış edərək ermənilərin ölkəmizə qarşı apardığı etnik təmizləmə və işğalçılıq siyasəti ilə bağlı faktları diqqətə çatdırıblar, Azərbaycan ordusuna dəstək ifadə olunub.