• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1891
— 20.07.2020 12:15

Bu gündən SMS icazənin müddəti artırıldı

KepezTV Player

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq sərtləşdirilmiş xüsusi karantin rejimi 5 avqust saat 06:00-dək davam edəcək. Bu gündən şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddətində dəyişiklik edilib.SMS icazənin müddəti bu gündən 2 saatdan 3 saatadək artırılıb. Bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilib.