• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2354
— 15.07.2020 19:49

“Təfəkkürdə bir düşüncə, nitqdə bir fikir”

KepezTV Player

Sizcə çox danışan, yaşıdları, dostları ilə ünsiyyətdə olan uşağın nitqi daha təmiz olar, yoxsa vaxtının çoxunu kompüterin qarşısında keçirən uşağın? Son illər ölkəmizdə nitqi qüsurlu uşaqların sayının artması barədə xəbərlər narahatlıq doğurmaya bilməz. Təbii ki, bunun səbəbləri barədə sual yaranır. Ehtimallar sırasında ilk yerləri isə əlbəttə ki, müasir dövrün ayrılmazları – kompüter, planşet, smartfonlar tutur. Bunlar arasında həqiqətən əlaqə varmı? Gələcək nəsillərin nitqinə görə narahat olmağa dəyərmi? Sujetdə cavabı var, izləyək.

Mütəxəssislər deyir ki, nitqdə yaranan problemlərin səbəbləri müxtəlifdir. Bəzi hallarda danışmada olan ləngimə genetik olur, bəzi hallarda isə bunun çox ciddi səbəbləri ortaya çıxır. Uşaqlar nitq qurmağı ətrafından və valideynindən öyrənirlər. Onların nitqinin inkişafı üçün ailədə danışılan dilin təmiz olması çox vacibdir. Bəzən valideynlər çox erkən yaşlarda uşaqlarını müxtəlif dilləri öyrənməyə sövq edə bilirlər. Amma psixoloqlar məsələyə səthi yanaşmamağı məsləhət görürlər.

Taciyə Mehdisoy psixoloq:“Amma nəzərə almalıdırlar ki, uşaq əşyalarla və yaxud ətraf mühitlə yeni tanış olduğu üçün onları adlandırmaqda bir neçə dildən istifadə etməkdə çətinlik çəkə bilirlər. Belə ki, təfəkkürdə bir düşüncə, nitqdə bir fikir dillərinə gələ bilir. Bu zaman onların düşüncələrində ifadələr artıq gec çıxır nitqdən və yaxud kəkələmələr, eyni zamanda müxtəlif səsləri düzgün səsləndirmələr ortalığa çıxa bilir. Valideynlərin ikidilli olması uşaqların tədris aldığı yer ilə ailə olan dillərinin bir birindən fərqli olması uşaqlarda nitq pozğunluğuna da gətirib çıxara bilərlər. Bəzi hallarda ailədə olan nitq qüsurlu insanların ünsiyyətdə olmaq uşaqlarda onları yamsılamağa gətirib çıxarır. İstənilən halda mütəxəssisin düşüncəsini almaq, mütəxəssis konsultasiyasında olmaq həm də ki, uşaqların psixi dünyalarına təsir edən telefon və planşetlərdən uzaq olmaq lazımdır. ”

Uşaqlar diqqətini telefona, televizora və eyni zamanda planşetə verdikləri üçün onların nitqləri süsləşməyə, zəifləşməyə doğru gedir. Hər bir şeydə inkişaf önəmli hesab olunduğu kimi nitqin də inkişafı önəmli məsələlərdəndir.

Elçin Əsgərov loqoped : “Son vaxtlar uşaqlar elektron ləvazimatlardan çox meyl göstərir. Bu əslində tək tərəfli ünsiyyətə gətirib çıxarır. Uşaq öz marağını telefon, kompüterlə maraq dairəsini yığır, ətrafa heç nə ötürmür. Bunun nəticəsində uşaqlarımız özünə qapanır bu uşaqlarımızın lüğət ehtiyatını, həmçinin nitqinin ləngiməsinə gətirib çıxarır. Bir yaşında uşaqlar sadə sözlər tələffüs etməlidir. Artıq sizin uşaqlarınız əgər səs çıxartmırsa da , sadə baba və yaxud da dədə sözlərini tələffüs etmirlərsə də bu uşaqlarınızın nitqinin ləngiməsinə gətirib çıxardan bir şeydir. Yəni, artıq uşağınızın nitqi ləngiyir deməli, əgər uşaqlarınız  2 yaşında qısa ifadələr qurmursa, 2 yaş 6 ayında suallar vermirsə,  bu artıq uşaqlarınız digər uşaqlardan ləngiyir deməli geri.”

Əvvəllər deyirdilər ki,  insan üçün ən yaxşısı düşündüyünü danışmaqdır. Başqa cür desək - yəni danışmamışdan əvvəl düşünmək lazımdır. İndi isə daha bir əlavəyə ehtiyac var: yalnız düşünmək yox, həm də danışmaq lazımdır. Qədim insanlar arasında  ünsiyyətə ehtiyac yarandı və buna görə də  onun nitqi formalaşdı. İndi isə sanki əks prosses başlayıb. Getdikcə  insanlar arasında real ünsiyyət azalır və biz danışmağı yadırğayırıq...