• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 970
— 08.07.2020 11:24

Əkdiyi narkotik toxumlarının payızda barını dərə bilmədi

KepezTV Player

Şəmkirdə həyətində narkotik maddə yetişdirən şəxs saxlanılıb. Onun yaşadığı evdən eləcə də xeyli miqdarda qurudulmuş marixuana aşkar edilərək. Əvvəllər də məhkumluq həyatı yaşayan şəxs aylar əvvəl əkdiyi narkotik vasitənin payızda bar verəcəyini səbirsizliklə gözləyirmiş.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat nəticəsində kultivasiya yolu ilə yetişdirilən narkotik maddənin dövriyyəyə daxil olmasına imkan verilməyib. Rayon sakini Nəriman Cəfərova məxsus, Şəmkir-Çinarlı avtomobil yolunun sol hissəsində yerləşən pay torpağında xüsusi aqrotexniki qaydada qulluq edilən çətənə bitkiləri aşkarlanıb. Hal şahidlərinin iştirakı ilə ərazidən 13 ədəd çətənə kolu götürülüb. Həmin şəxsə məxsus yardımçı tikilidən də istifadəyə hazır narkotik maddə aşkar edilib.  

Musa Hüseynov baş təhqiqatçı: Həmin torpaq sahəsinin yaxınlığında olan yardımçı tikiliyə baxış zamanı oradan 460 qram narkotik vasitə olan qurudulmuş marixuana  aşkar olunaraq götürülüb.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı Nəriman Cəfərov çətənə kollarını bu ilin mart ayında şəxsi istifadə məqsədi ilə becərdiyini, payızda isə bəhrəsini götürəcəyini səbirsizlikə gözlədiyini gizlətməyib.

Nəriman Cəfərov saxlanılan şəxs: Toxumum varıydı, mart ayında yerə vurdum. Gözlədim əmələ gəlsin. O da eləcə qaldı. Yetişməyə üç ay vardı. Üç aydan sonra payız ayında bar verəcəkdi. Özüm üçün əkmişəm. Çünki xəstəyəm.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Natiq Hüseyn