• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1256
— 07.07.2020 18:41

Yol nəqliyyat hadisələri can almaqda davam edir

KepezTV Player

Gün ərzində ölkə ərazisində bir neçə yol nəqliyyat hadisəsi baş verib. Müxtəlif səbəblərin nəticələri eyni olub. Sabirabadda baş verən qəzada bir ailə faciəsi yaşanıb. Digərlərində də həm ölənlər, həm də xəsarət alanlar var. Süjeti izləyək...

Sabirabad rayonunun Qalağayın kəndi ərazisində ağır yol qəzası baş verib.“Prado” markalı minik avtomobili “Shacman” yük avtomobili ilə toqquşub. Qəza zamanı avtomobildə olan sərnişinlər Sabirabad sakinləri, 10 yaşlı Zəhra Məmmədova , 18 yaşlı Vüsalə Məmmədova müxtəlif xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirliblər. Sonuncu daxili qanaxma ilə əməliyyata götürülüb. Onların anası Sabirabad sakini, 39 yaşlı Nigar Məmmədova və sürücü Sabirabad sakini, 41 yaşlı Azər Hüseynov hadisə yerində ölüblər.

Sabirabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib. Kamran Nəsrlinin idarə etdiyi “Mercedes” markalı avtomobil 2 piyada qadını vurub.Hər iki qadın hadisə yerində ölüb. Qəzanı törədən şəxsin Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğlu olduğu bildirilir.

Şamaxı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Şamaxı yolunda, "ASAN" Xidmət Mərkəzinin qarşısında baş verib. Şamaxı sakini Bəxtiyar Mirzəyev idarə etdiyi  "Mercedes" markalı minik avtomobili  ilə yolu keçən Bakı şəhər sakini, Şamaxıda yaşayan 24 yaşlı Tamam İsmayılovanı vurub. Yaralı ağır vəziyyətdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Gəncədə də piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətə olan “VAZ 21011” markalı minik maşını yolu keçmək istəyən 65 yaşlı Mübariz Bayramovu vurub. M. Bayramov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Sözügedən ərazidə daha bir anoloji hadisə yaşanıb. 57 yaşlı Familə Avazova yolu keçmək istəyərkən minik maşını onu vurub. Piyada dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktlarla bağlı araşdırmalar davam etdirilir.