• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2252
— 06.07.2020 20:35

Narıncı zonada növbəti reyd

KepezTV Player

Ölkəmizdə hazırki vəziyyət heç də ürəkaçan deyil. Koronavirusla bağlı hər gün açıqlanan statistik göstəricilər bunu deməyə əsas verir.  Elə bu səbəbdən mütəmadi olaraq, tədbirlər həyata keçirilir. Narıncı zona elan olunan Gəncədə bu gün də növbəti reyd reallaşıb.

Şəhərin müxtəlif ərazilərində keçirilən reyddə İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Gəncədən olan millət vəkilləri iştirak ediblər. İctimai nəqliyyatdan start götürən yoxlamalar zamanı bir sıra neqativ hallara rast gəlinib. Bununla bağlı sərnişinlərə və avtobus sürücülərinə müvafiq tapşırıqlar verilib.

Reyd iştirakçıları yoxlamanı şəhərin mərkəzində fəaliyyət göstərən banklardan birində davam etdirib. Burada növbə zamanı sosial məsafənin gözlənilməməsi faktı aşkarlanıb, bankın önünə oturacaqlar qoyulub.

İbrahim Cəfərov ADAU-nun rektoru, ziyalı:Bu gün dövlət hansı tədbirləri həyata keçirirsə, bu insanlar üçündür.  Bu gün deyirik: - toy şənlikləri yoxdur, yas yerlərinə gedə bilmirik, mağazaların əksəriyyəti işləmir. İşləməsi üçün biz qaydalara əməl etməliyik. Virusa qalib gəlməliyik ki, hamımız işləyək onun müqabilində pul qazanaq, evimizə çörək apara bilək. Yəni, bu insanlardan asılıdır. İnsanların qayda-qanunlara riayət etmələrindən asılıdır.

Yoxlama şəhərin ətraf ərazilərində də baş tutub. Başqa bir müəssisədə fəaliyyət göstərən bank əməkdaşları və sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlara təlimatlar verilib. İctimaiyyət nümayəndələri yaxınlıqda təmir işləri aparan insanlara da biganə qalmayıblar. Onlara tibbi maskalar paylanılıb və karantin qaydalarına əməl etməyin vacibliyi izah olunub.

Bu dəfəki reyd Şeyx Zamanlılar qəsəbəsində yerləşən ərzaq mağazasında yekunlaşıb. Dükanda rast gəlinən neqativ halların aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər verilib.