• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3121
— 29.06.2020 20:19

Yığma komandalar məşq edir

KepezTV Player

Koronavirus pandemiyasına görə olimpiada başda olmaqla bütün idman yarışları ya ləğv olunub, ya da ki, başqa tarixə keçirilib. Amma bu o demək deyil ki, idmançılar məşqsiz qalmalı, günləri, ayları boşuna keçirməlidirlər. Bütün hallarda idmançının yığdığı formanı qoruyub saxlaması üçün gündəlik hazırlıq prosesi keçməsi mütləqdir.

Məhz elə bu amil nəzərə alınaraq olimpiya növləri üzrə yığma komandaların məşqsiz qalmaması üçün belə millilərə müvafiq şərait yaradılıb. Güləş, cüdo, taekvondo, boks və karate Azərbaycanın dayaq idman növləri olduğundan həmin növlərdə məşqləri tam dayandırmaq olmaz. Odur ki, bəzi olimpiya kompleksləri idmançıların sərəncamına verilib.

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, millət vəkili Müşfiq Cəfərovun sözlərinə görə, yığma üzvlərinin hazırlıq keçdiyi idman obyektləri hər bir vəziyyətə, bütün təlimatlara hazırdır. Orada idmançıların sırf qapalı məşqləri nəzərdə tutulub. Komlekslərə giriş-çıxış qadağandır. Yalnız böyüklərdən ibarət yığmalar Gənclər və İdman Nazirliyinin tabeliyində olan idman komplekslərində qapalı şəkildə məşq edirlər.

Qeyd edək ki, basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası iyunun 19-dan Göygöldə hazırlıqlara başlayıb. Yığma Olimpiya İdman Kompleksində məşq keçir.