Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat , hüquqi şəxslər 400 manat cərimə ediləcək. Bu, Milli Məclisin iyulun 29-da akeçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Hazırda vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər əlli manat, vəzifəli şəxslər yüz manat, hüquqi şəxslər iki yüz manat cərimə edilir. Qərar qüvvəyə mindiyi gündən bir il ərzində həmin əməllər təkrar törədilərsə, həmin şəxslər ikiqat cərimə ediləcəklər.
- Baxış: 601