• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1282
— 26.06.2020 19:47

Gəncə güləşində tarix təkrarlanacaq?

KepezTV Player

1964-cü ildə keçirilən Tokio Olimpiya Oyunları Gəncə güləşi üçün uğurlu alınıb. Tarixin ilk azərbaycanlı dünya çempionu Aydın İbrahimov gündoğar ölkədə olimpiadanın mükafatçıları sırasına düşərək bürünc medal qazanıb. Güləşimizin canlı əfsanəsinin bu nailiyyətini təkrarlamağa real namizəd var. Söhbət Aydın İbrahimovun həmşəhərlisi Toğrul Əsgərovdan gedir. London Olimpiya Oyunlarının qalibi, Rio olimpiadasının gümüş mükafatçısı Tokioda müstəqil Azərbaycanın bayrağını dalğalandırıb, himnini səsləndirməyə qadirdir. Bu fikirləri televiziyamıza açıqlamasında Əsgərovun şəxsi məşqçisi Elçin Zeynalov deyib. Təcrübəli mütəxəssis yetirməsinin Tokio yarışında iştirak edəcəyinə inandığını və karyerasının 3-cü olimpiadasında növbəti böyük uğuruna imza atacağını bildirib.