• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 691
— 25.06.2020 20:39

Ərzaq mağazasının fəaliyyəti məhdudlaşdırılıb

KepezTV Player

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi pandemiya dövründə ictimai-iaşə obyektləri o cümlədən, ərzaq mağazalarında, mütəmadi olaraq monitorinqlər keçirir. Agentliyin nümayəndələri sahibkarlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları, eləcə də Covid-19-la bağlı metodiki göstərişləri izah edirlər. Lakin görülən bütün profilaktik tədbirlərə baxmayaraq, bəzi müəssisələrdə qanunsuzluqlar yenə də aşkar olunur. Əməkdaşlarımız Goranboydakı reyddə iştirak ediblər.

Bu dəfəki monitorinq zamanı Goranboy rayonunda yerləşən ərzaq mağazasında qanun pozuntusu aşkarlanıb. Valeh Hacıyevə məxsus obyektdə müşahidə olunan vəziyyət heç də ürəkaçan olmayıb.

Dükanda həmçinin, Normativ Texniki Sənədləri olmayan ərzaq məhsullarının satışının həyata keçirilməsi faktı da müəyyən edilib.Sanitar qaydaların gözlənilmədiyi müəssisədə bir çox nöqsanlar aşkara çıxarılıb.

Səbuhi Qəhrəmanzadə AQTA-nın Gəncə Regional Bölməsinin əməkdaşı:Gördüyünüz kimi bu mağazada sanitar qaydalar pozulub. Normativ texniki səbədlərə uyğun olmayan məhsullar aşkar edilib. Mağazanın girişində heç bir dezinfeksiya məhsulları, heç bir yerdə metodik göstərişlərə uyğun olaraq maarifləndirici yazılar, şəkillər aşkar olunmayıb.

Mağazada istifadə müddəti bitmiş məhsullara da rast gəlinib.

Ərzaq satışı müəssisəsi barədə qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, protokol tərtib olunub. Mağazanın fəaliyyəti mövcud nöqsanların aradan qaldırılacağı müddətədək dayandırılıb. Həmçinin, sahibkara metodik göstərişlərin izahı verilib, qanun çərçivəsində fəaliyyət göstərməsinə köməklik olunacağı bildirib. Nöqsana yol verən obyektlərin aşkara çıxarılması üçün monitorinqlər bundan sonra da davam edəcək.