• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2036
— 24.06.2020 20:01

Prezident İlham Əliyev sərəncamlar imzalayıb

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətinə İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə ümulikdə 6,8 milyon manat, Gəncə Dövlət Dram Teatrının 500 yerlik yeni binasının tikintisinin davam etdirilməsi üçün 13,8 milyon manat ayrılıb. Bundan başqa, yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 5 milyon manat, Gəncə şəhərində 760 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb. Prezidentin daha bir sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və iqtisad elminin inkişafında xidmətlərinə görə Ziyad Səmədzadə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.