• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1691
— 20.06.2020 11:16

Qərb bölgəsində imtahanlar keçirilməyəcək

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən 24 və 25 iyunda keçirilməsi nəzərdə tutulan buraxılış (qəbul) imtahanlarının rayon və şəhərlər üzrə siyahısında dəyişiklik edilib. Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanlar keçirilməyəcək. Proses həmin şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejimi başa çatdıqdan sonra təşkil olunacaq. İyunun 24 və 25-də Gəncə, Qazax və Ağstafa şagirdləri də imtahan verməli idilər. Nazirlər Kabinetinin qərarı ilə 21 iyundan birinci klasterdə, o cümlədən Gəncədə iki həftəlik sərt rejim tətbiq olunacaq.

Gəncədə vətəndaş qəbulunu dayandırır

Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, iyunun 22-dən etibarən DİM-in Bakı, Gəncə və Lənkəranda yerləşən inzibati binalarında vətəndaşların qəbulu dayandırılır. Vətəndaşların müraciətləri 1653 "Çağrı Mərkəzi" vasitəsilə cavablandırılır. Vətəndaşlar Mərkəzin info@dim.gov.az elektron poçt ünvanına da müraciətlərini yaza, həmçinin məlumat almaq üçün DİM-in saytı və sosial şəbəkələrdəki hesablarını izləyə bilərlər.