• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1423
— 18.06.2020 16:42

Azərbaycan-İran sərhədində atışma olub, ölən var

KepezTV Player

Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad ra­yonunun Kürünc kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazi­sində 3 naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması aşkar olunub. Sərhəd pozucularının silah və gecə görmə cihazları ilə silahlanması, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən 1 ədəd böyük kisədə yük müşahidə edilib.Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları av­tomat silahdan və “Vinçester” tipli tüfəngdən atəş açaraq sərhədçilərin həya­tına qəsd ediblər.Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri güllə yarası alıb və İran ərazi­sinə qaçmaq məqsədilə “Bolqarçay”ı keçərkən suda ölüb. Onun cəsədi İran sərhədçiləri tərəfindən sudan çıxa­rılıb. Digər sərhəd pozucuları ərazinin sıx meşəlik, hava şəraitinin qa­ranlıq olmasından istifadə edərək geri qaçıb və İran sərhədçiləri tərəfindən öz ərazilərində saxlanılıb. Zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.