• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 900
— 17.06.2020 16:00

Günümüzün "dəbi" – detoks

KepezTV Player

Son zamanlar hər kəs əlində bir şüşə su, içində limon, xiyar “detoksdayam” deyir. Sonra da o suyun üstündən qızardılmış xörək, ya da şirniyyatla çay içir. Dietoloqlar isə bildirir ki, əslində detoks bir tək su içməkdən ibarət deyil. O yalnız düzgün qəbul olunduğu halda orqanizmi zərərli maddələrdən təmizləyir.

Biz istəsək də, istəməsək də orqanizmimizdə zərərli maddələr, yəni toksinlər toplanır. Onlar sıx qəbul etdiyimiz "fast food" kimi qidalardan başlayaraq kosmetik vasitələrə kimi hər şeydə bizi təqib edir. Son zamanlar əksəriyyətin şikayət etdiyi xroniki yorğunluq, cansız saçlar və solğun dərinin səbəbi də məhz bu toksinlərlə əlaqələndirilir. Belə olan halda isə insanlar vaxt aşırı bir neçə tipli detoksa müraciət etməyə ehtiyac duyurlar.

Yeməklə birlikdə detoksedici maddələrdən istifadə isə, ümumiyyətlə yolverilməzdir, çünki bu zaman detoks öz mahiyyətini itirir.

Əgər söhbət tərəvəz detoksundan gedərsə, bu zaman xiyar, kök və kələmdən istifadə daha məqsədəuyğundur. Ümumiyyətlə isə dırnaqarası dəbdən 18 yaşdan aşağı olanlar, hamilələr və 70 yaşdan yuxarı insanlar uzaq dursa yaxşıdır.