• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1700
— 16.06.2020 20:38

“İnsulin asılılıq yaratmır”

KepezTV Player

Dünyada hər 6 saniyədə bir insan şəkərli diabetin fəsadlarından dünyasını dəyişir. Xəstəlik orqanizmdə insulin istehsalının pozulması nəticəsində yaranır.  Bəs nədir bu insulin ? Sözügedən problemdən əziyyət çəkən insanlar üçün həkim tövsiyyələri var...

İnsulin nədir ?

Diabetli xəstələrin sayı, xüsusi ilə də inkişaf etmiş ölkələrdə durmadan artır. Hesab olunur ki, ölkədən asılı olaraq əhalinin 10%-i şəkərli diabetlə mübarizə aparır. Tam və ya nisbi insulin çatmamazlığı nəticəsində qanda qlükozanın xroniki artımı diabet xəstəliyinə səbəb olur. Həkimlər kənardan qəbul olunan insulinin vacibliyini və belə xəstələrin xüsusilə pandemiya dövründə risk qrupunda olduğunu söyləyirlər. İnsulin orqanlarımızı sıradar çıxarır,  asılılıq yaradır və yaxud da inyeksiya bizim onu ömür boyu istifadə etməmizə səbəb olur kimi miflərdən bir yolluq qurtarmaq lazımdır.

Şəhla Verdiyeva endokrinoloq: “Şəxsi təcrübəmdə də insanların qorxuya düşüb ciddi şəkər kontrolu etməsindən daha çox qorxuya düşüb insulinlərin dozasını azaltmasını və ya buraxmasını görürük. Bu bizim həqiqətən qarşısını alamayacağımız ciddi fəsadlar törədə bilər. İlk öncə insulin asılılıq yaratmır. İnsulin orqanizmdə olmayan bir hormonun əvəzinə kənardan inyeksiya şəkilində vurulması şəkilində müalicədir. Yəni olmayan bir hormonu kənardan qəbul ediriksə, buna asılılıq olması mümkün deyil. Üstəlikdə bu heyvandan alınan deyil, insandan alınan həqiqi bir hormondur. Nə qədər vurulmasından asılı olmayaraq, bəzən keçici bir şəkildə insulinə müalicəyə başlayıb, amma bir müddətdən sonra yenidən tabletlərə qayıdırıq. Bu müddətin hansı müddət olmasının heç bir əhəmiyyəti yoxdur. Bəzən 10-15 il sonra da bu hadisələr baş verə bilir.”

Ətrafınızda bu problemdən əziyyət çəkən varmı ?

Tibb işçiləri deyir ki, xəstədə orqanları zədələyən xəstəliyin özüdür və bu hormonun kənardan qəbul olunması şərtdir. Diabeti olan hamilə qadınlar üçün bu hal daha da təhlükəlidir.

Şəhla Verdiyeva endokrinoloq: “ Hamilə diabeti olan insanlarda yüksək qan şəkəri ciddi bir şəkildə qüsurlara səbəb ola bilər və hamiləliklə bağlı ağırlaşmalar yarada bilər. Bunun qarşısının yeganə və təhlükəsiz yolu təbii ki, budur. Insulin dozalarını şəkər normallaşandan sonra artıb azaltmaq da tövsiyyə olunmur. Çünki, həkim tərəfindən insanın çəkisinə və şəkər səviyyəsinə uyğun dozalar hesablanır. Normaya düşdüyündən arxaynlaşıb, dozanı azaldırıqsa da, təbii ki, bu daha çox fəsadları və yenidən şəkərin qalxmasına səbəb ola bilir.”

Diabetdən əziyyət çəkənlər daim özlərinə qarşı müəyyən qadağalar qoyur, məhrumiyyətlərlə yaşayırlar. İstənilən halda sağlamlıq ən dəyərli nemətdir. Onu qorumaqsa, bizim öz əllərimizdədir.