Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Göygöl rayonunda əkin sahələrini normal su ilə təchiz etmək, eləcə də sel və daşqınlara qarşı qabaqlayıcı tədbirlər davam etdirilir. Su itkisinin qarşısnı almaq üçün mənbəyini Gəncə çayından götürən və ümumi uzunluğu 17 kilometr olan Xan arxı kanalı beton üzlüyə alınır. Gəncə şəhəri, Göygöl və Samux rayonlarında ümumilikdə 2000 hektar əkin sahəsini suvarmağa imkan verən kanal baş verə biləcək təbii fəlakətlər zamanı etibarlılığı təmin edəcək. İlkin olaraq kanalın 1200 metr hissəsi beton üzlüklə əvəzlənir. Ardıcıl şəkildə kanalın digər hissələridə beton üzlüyə alınacaq. Paralel olaraq Göygöl rayonu ərazisindən keçən Ərəbli kanalında torpaq hissələr beton üzlüklə örtülür. Xanlar arxında isə lildən təmizlənmə işləri aparılır. Rayonun müxtəlif kəndlərində 12 ədəd subartezian quyusunun qazıntısı da davam etdirilir.
İlqar Məhərrəmov - Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi: Göygöl rayonu ərazisindən axan dağ çaylarında çay məcrasının təmizlənməsi, sahilbərkitmə işləri aparılır. Təmir başa çatdıqdan sonra əvvəllər biz bu kanal vasitəsi ilə saniyədə 3 kubmetr su ötürə bilirdikdisə təmirdən sonra saniyədə 5 kubmetr suyu əkin sahələrinə ötürə biləcəyik.
Natiq Hüseyn
- Baxış: 693