• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2147
— 11.06.2020 18:08

Tovuzda su deyib haray çəkən sakinlər

KepezTV Player

Tovuz rayonunun Qovlar şəhərində bir küçənin sakinləri susuzluqdan əziyyət çəkir. Nədənsə aylardır su deyib haray çəkənlərin dadına çatan tapılmır. Qovlar sakinlərinin aydınlığa nə zaman çıxacağına əməkdaşlarımız növbəti videomatarialda cavab axtarlamlı olublar.

İki aydır ki, ümumiyyətlə suyumuz gəlmir. Telefonumuzda kontur qalmayıb. Su işçilərinə, Bakıya, Tovuz rayonuna məlumat veririk. Gəlirlər bir nəticəsi yoxdur.

Bizim krantrımız budur. Bu krantı aşağı eləyəndə zorla gəlir. Matorla çəkirsən damcı-damcı gəlir. Budu vederamı doldura bilmirəm. Gələndə lil gəlir.

Bəziləri qablarla su daşıyır. Bir çoxları isə borulardan suyun gələcəyini həsrətlə gözləyir. Ancaq nədənsə aylar ötür bu həsrətə son qoyulmur. Görüntülər Tovuz rayonunun Qovlar şəhərinin Mehti Hüseyn küçəsindəndir.

Kamil Həsənov - sakin: Bizim dərdimiz su dərdidir. Ayrı bir şikayətimiz yoxdur. Ancaq suyumuzu versinlər. Suyu vermirlər. Su 2-3 aydan bir gəlir. Bax 4 evə demək olar su çıxmır.

Sakinlər deyir ki, təxminən iki aydır Mehti Hüseyn küçəsinə içməli su gəlmir. Bu səbəbdəndə abonentlər xüsusi maşınlarla gündəlik suya olan ehtiyaclarını ödəmək məcburiyyətində qalıblar. Bu isə ailələri maddi sıxıntıya salır.

Susuz günlərə son qoyulması üçün sakinlər geridə qalan müddət ərzində yerli quruma dəfələrlə müraciət edib. Ancaq edilən mürcaiətlər müsbət sonluqla nəticələnməyib.

Əkbər Abbasov - sakin: Bizim suyumuz yoxdur. Bizdə su idarəsinə məlumat vermişik. Gəlirlər bir gün işləyirlər üç gündə başqa iş dalınca gedirlər. Beləliklə artıq iki aydır bir belə millət susuz qırılır. Buna tədbir görən yoxdur.

Rəsmiyyə Səfərova - sakin: Bütün aidiyyatı qurumlara xəbər etmişik. Hamıya məlumat vermişik. Heç nəyinki su ilə bizi təmin etmək heç bizim sözümüzü eşitmirlər. Bizim telefonu açmırlar. Yanlarına gedirik özlərini danırlar. Yox deyirlər. Biz su barədə çox çətinlik çəkirik.

Tovuz Su-Kanal idarəsindən mövcud vəziyyət rayon ərazisindən keçən təbii çayların məcrasından çıxması ilə əlaqələndirilib.

Seymur Səlimov - Tovuz Su-Kanal İdarəsinin nümayəndəsi: Sel nəticəsində Qovlar daşıyıcı borumuz dağılmışdı. Nəticədə içərisinə lil dolmuşdu. Bu səbəbdən də Qovlar şəhərində su problemi yaranıb. Mehti Hüseyn küçəsində daha çox problem olmuşdu. Hardasa 10 gün müddətində hissə-hissə problemləri aradan qaldırırıq. Hal-hazırda işlərimiz yekunlaşır. 2-3 gün ərzində Qovlar şəhərini su ilə təmin edəcəyik.

Su deyib haray çəkən sakinlərin həftənin sonuna kimi problemi həllini tapmalıdır. Həm suzuzluqdan canları qurtaracaq, həm də əlavə xərcdən.

 

Natiq Hüseyn