• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2296
— 11.06.2020 12:11

Mingəçevirdə oğurluq edən şəxs saxlanıldı

KepezTV Player

Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mağazaya qanunsuz daxil olaraq oradan notbuku oğurlayan şəxsin Fərid Şərifli olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb. Aparılan araşdırmalarla Şəriflinin daha bir evdən oğurluğa cəhd etdiyi də məlum olub. Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.