• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2084
— 09.06.2020 20:22

Gəncə şahmatçısı beynəlxalq turnirin qalibi olub

KepezTV Player

Gəncə şahmatçısı Türkiyədə beynəlxalq onlayn şahmat turnirinin qalibi olub. Qardaş ölkədə keçirilən yarışda bir müddətdir ki, Bursa şəhərində yaşayan Vüqar Rəsulov qələbə qazanıb. Türkiyə, Azərbaycan və Türkmənistandan 60-a yaxın iti zəka sahibinin iştirak etdiyi turnir 9 turdan ibarət olub. Rəsulov 9 oyundan 7,5 xal toplayıb. O, ən yaxın izləyicilərini 1 xal qabaqlayıb. Yarışda 2-ci 3-cü pillələri yerli şahmatçılar tutub. Vüqar 3 görüşdə heç-heçə edərək 6 qarşılaşmada rəqiblərini məğlub edib. Nizami yurdunun təmsilçisi son aylar koronavirus pandemiyasına görə onlayn reallaşan turnirlərə qatılır. O, Türkiyədə internet üzərindən oynadığı yarışlarda müxtəlif mükafatçı yerlərə layiq görülüb. Bu yaxınlarda Azərbaycan və Gürcüstan şahmatçılarının birlikdə qatıldığı beynəlxalq “İpək yolu” yarışında isə 4-cü olub.