Qarşıdakı iki gün üçün karantin rejiminin sərtləşdirilməsi səbəbindən əksəriyyət kimi idmanla məşğul olanlar da evdə qalmalı, qaydalara əməl etməlidirlər. Şənbə və bazar günlərində asudə vaxtı səmərəli dəyərləndirib ev şəraitində də hazırlaşmaq olar.
Üç aya yaxın müddətdə məşq zallarının, idman obyeklərinin bağlı olması idmançı və məşqçiləri çətin vəziyyətə salsa da, son günlərdə karantin rejiminin yumsaldılması idmançıların işini asanlaşdırdı. Mayın 31-dən etibarən olimpiya idman komplekslərinin və digər idman təyinatlı obyektlərin açıq havada yerləşən meydança və qurğuları peşəkar və həvəskar idmançıların istifadəsinə verildi. Amma karantinin həftəsonları üçün sərtləşdirilməsi səbəbindən hamı evdə oturmalıdır.
Karate məşqçisi kimi çalışan Mahir Məmmədov ev şəratində çalışmaq üçün yetirmələrinə verdiyi tapşırıqlardan da bəhs edib.
Aydın məsələdir ki, zalda məşq etməklə evdə hazırlaşmaq arasında böyük fərqlər var. İstər şərait, istərsə də məşqçinin yanında olmaq baxımından zal daha məqsədə uyğundur.
Gənc mütəxəssisin sözlərinə görə, koronavirus səbəbindən iştirakları nəzərdə tutulan bütün yerli və beynəlxalq səviyyəli yarışlar təxirə salanaraq başqa vaxta keçirilib.
Çölə çıxmaq qadağası iki gün davam edəcəyindən iyunun 8-dən idmançılar yenidən açıq məşq meydançalarında hazırlıq keçə biləcəklər.
- Baxış: 2670