• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 779
— 03.06.2020 19:59

Uşaqlar peyvənd edilir

KepezTV Player

Ölkəmizdə tətbiq olunan xüsusi karantin qaydalarına uyğun olaraq ötən iki ayda sakinlərin çölə çıxmaması uşaqların peyvəndən də kənarda qalmaq məcburiyyəti yaratdı. Lakin operativ qərargahın qaydaları yumşatması uşaqların peyvəndə cəlb edilməsinə imkan verdi. Gəncədə bütün sahələri əhatə edən  poliknikalarda da yaş təqviminə uyğun olaraq uşaqlar 11 xəstəliyə qarşı  peyvənd edilir.

Artıq bir neçə gündür ki, Gəncədə  ərazi üzrə  5  poliklinika və  3 uşaq xəstəxanasının pediatrik şöbələrində peyvənd vaxtı çatan eləcə də peyvənddən kənarda qalan uşaqlarin peyvəndinə başlanılıb.

Səkinə Hüseynova - valideyn: Əvvəlcədən zəng elədilər ki, uşağınızı gətirin peyvənd vurulsun, biz də gətirdik. Çəkisinə, boyuna baxdılar və hər bir şey öz qaydasındadır. Çox sağ lolsunlar həkimlər, nəzarət altında saxlayır.

Əvvəlcədən peyvənd olunan uşaqlar təhlükli viruslar olan xəstəliyə tutulmur və yaxud da yüngül formada keçirir. Məhz elə bunun üçün də peyvənd uşaqlarda müəyyən xəstəliklərə qarşı aparılan proflatik tədbir hesab olunur. Poliknikalarda uşaqlara viruslara qarşı vaksinlər lazımi avadanlıqlar eləcə də dərman peraparatları ilə təmin edilən xüsusi otaqlarda vurulur.

Nəzirə Musatafayeva -tibb bacısı:Virus olsa da peyvəndləri vurmaq lazımdır. Penimaniya xəstəliyinə qarşı peyvəndimiz var ki, o uşaqlara mütləq olunmalıdır. Valideynləri maarifləndiririk, peyvəndlərə cəlb edirik. Peyvəndlərimiz də hazırda yaxşı gedir və peyvəndlərimiz var. Soyuducuda uşaq sayına görə yetərincə peyvənd var. Gigiyena və Epidemiologiya Mərkəzindən hər ay vaxtlı-vaxtında peyvəndlər götürülür və 2-8 dərəcə temuraturda saxlanılır və uşaqlara vurulur.

Həkimlərin valideynlərə müraciəti də var - uşaqlar mütləq peyvənd edilməlidir. Əks halda fəsadları böyük ola bilər.

Almaz Tomiyeva - GEM-in şöbə müdiri: Həmişə 98-99 faiz Gəncə şəhərində peyvəndlərin yerinə yetirilməsi aprel-may aylarında 50-60 faizə düşüb. İndi artıq uşaqlarda yenə də başlanılıb. Bütün analar bilməlidir ki, uşaqların peyvənd edilməsi o uşağın bütün yolxucu xəstəliklərdən qoruyur. O cümlədən onun bədənində imunitet yarandığı üçün bu günkü gündə uşaqlar arasında həmin COVİD 19 dediyimiz infeksiyaya qarşı  bir qədərdə müqavimət olur. Yəni bədən zəifləyəndə digər infeksiyalara qarşı  insanda daha həssaslıq yüksəlir.

Yeni doğulan uşaqların valideynlərinə həmin tibb müəsisələrində  sahə həkimləri tərəfindən uşaq peyvəndi pasportu da verilir. Bu pasportda uşağın 6 yaşa kimi 11 xəstliyə qarşı peyvəndin vurulma tarixi ardıcıllıqla yazılır. Gəncə şəhəri üzrə cəmi 6 yaşa kimi 11 min 900 nəfər uşaq var. Bu uşaqlar isə ərazi poliklinikalarında həftə ərzində təyin olunan qrafiklərlə peyvənd olunur.

 

Elnur Vahidoğlu