Azərbaycan gömrük orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində növbəti uğurlu əməliyyatını həyata keçirib. Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasının Astara şəhərindən Ukraynanın Xarkov şəhərinə "yemiş" yükü aparan Azərbaycan vətəndaşı Allahverdi Məmmədovun etibarnamə ilə idarə etdiyi "Mercedes-Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb.545 kiloqramdan artıq heroin aşkar edilib. Dirrikdə narkotik becərən Balakən sakini də ifşa olunub.
Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasının Astara şəhərindən Ukraynanın Xarkov şəhərinə "yemiş" yükü aparan Azərbaycan vətəndaşı Allahverdi Məmmədovun etibarnamə ilə idarə etdiyi "Mercedes-Benz" markalı yük maşını saxlanılıb.
Gömrük yoxlamasından öncə vətəndaş idarə etdiyi yük avtomobilində müvafiq sənədlərdə göstərilən "yemiş" yükündən başqa, gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı xidməti it avtomobilin qoşqusuna reaksiya verib. Qoşquda olan 26 ədəd paletdə qablaşdırılan "yemiş" boşaldılıb və xidməti itin tətbiqi ilə yenidən yoxlanılıb. Bu dəfə isə xidməti it 10 ədəd paletə reaksiya verib və həmin paletlərdə olan yüklər əsaslı yoxlanılıb. Paletlərdə olan 720 ədəd yeşikdə 526 bağlama aşkar edilib. Bağlamaların içərisində preslənmiş halda, qablaşdırma ilə birlikdə ümumi çəkisi 545 kiloqram 105 qram təşkil edən heroin aşkar edilib.<br>Sürücü CM-ninmüvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları da əməliyyat-axtarış tədbirləri keçiriblər. Rayonun Mahamalar kənd sakini sakini, 44 yaşlı Abdulla Babayev şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman digər bitkilərin arasında xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi 8 ədəd və kökündən çıxararaq kənara atdığı 29 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 1102