• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2081
— 02.06.2020 15:49

60 ədəd yeni subartezian quyuları qazılacaq

KepezTV Player

Bu il Goranboyda daha 2 min ha torpaq sahəsinin suvarma suyuna olan tələbatı ödəniləcək. İlin  sonuna kimi rayonda 60 ədəd yeni subartezian quyuları qazılması bu imkanı yardacaq. Ötən il 12, bu il isə quyulardan 6-ı qazılıb.

Goranboyda bu il qazılan 6 subartezian quyusundan biri rayonun Muzdurlar kəndində istifadəyə veriləcək. Kənddə 1200 ha əkin sahəsini suvarmaq üçün 8 ədəd subartezin quyusu olsa da suya olan təlabat ödənmirdi. Muzdurlarla yanaşı daha 2 kəndə yeni quyular qazılsa da rayonun üç kəndində subartezian quyuları qazılır.

Goranboy rayonun ən böyük kəndlərindən biri də Borsunlu kəndidir. Bu kənddə təxminən 2 min ha yaxın əkinə yararlı torpaq sahəsi var. Bu torpaq sahələri 14 subartezian quyuları vastəsi ilə suvarılır. Lakin subartezina quyusunun az olması bu kənddə yeni subartezina quyusunun qazılmasına zəmin yaratdı. Məhz elə buna görədə artıq 1 həftədir ki, bu kənddə yeni subartezian quyusu qazılır.

150 m dərinlikdən əldə ediləcək suyun yerin təkinə çıxamsı ayın ortalarına planlaşdırılır.

İlham Əliyev fermer: Borsunlu kəndində yaşıyıram. Kəndimizdə həmişə su problemi olubdu. Bizim kənddə camaat arpa, buğda, pambıq əkirik ancaq su baxımından çətinlik çəkib. Bu artezianın isə bizim suvarmada çox böyük xeyri olacaqdı. Məhsul sentneri qalxacaq, pambığı daha da yaxşı suvaracağıq.

Ötən il Goranboyda 12 yeni subartezian quyusu qazılaraq fermerlərin istifadəsin verilib. Bununla yanaşı rayonda 100-dən çox quyunun qazılmasına ehtiyac var.

Ramiz Süleymanov Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin baş mühəndisi: Goranboy rayonu üzrə cənab prezidentin iki sərəncamı olub. Ötən il 55 ədəd yeni subartezian quyusunun qazılması planlaşdırılmışdı. 2019-cu ildə bu quyulardan 12 ədədi qazılıb istismara verildi. Bu il isə 43 ədədin qazılması nəzərdə tutulub. Bundan əlavə 17 ədəd yeni subartezian quyusunun qazılması üçün başqa bir sərəncam imzalanıb. Beləliklədə 2020-ci ildə 60 ədəd yeni subartezin quyuların qazılması həyata keçiriləcək.

İlin sonuna kimi rayonda yeni subartezian quyuları qazılaraq istifadəyə verilməsi üçün birqadaların sayı artırılacaq. Goranboyda 48 min hektar əkinə yararlı torpaq sahəsi var ki, bunlardan rayon ərazisindən axan Qaragoran və Kürəkçayın sularının eləcədə 895 subartezian quyusu, 4 nasos stansiyasının hesabına suvarılır.

Elnur Vahidoğlu