• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 767
— 02.06.2020 12:29

"Şimal-Cənub istiqamətində dəmir yolumuzun bərpa edilməsi prosesindəyik"

KepezTV Player

Asiya İnkişaf Bankının təşəbbüsü ilə prezident İlham Əliyevlə bank rəhbərliyinin nümayəndələri arasında videokonfrans keçirilib. Ölkədə bir sıra sahələrdə görülən işlər barədə məlumat verilib.

Pandemiya dövründə göstərdiyimiz bütün səylər insanları necə xilas etmək, onların sağlamlığını, həyatlarını necə qorumaq məqsədi daşıyıb. Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik deyən prezident İlham Əliyev ölkədə qeyri-formal məşğulluqla mübarizə aparıldığı və ciddi tədbirlər görüldüyünü diqqətə çatdırıb.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Təkcə bu il işçilərlə şirkətlər arasında 100 mindən çox müqavilə imzalanıb. Lakin bununla belə, biz bu insanların bu problemdən əziyyət çəkdiyini başa düşürük. Bu səbəbdən də 4 ay ərzində iqtisadi artımımız çox az olmuşdur, bununla belə, 0,2 faiz təşkil etmişdir. Mən bilirəm ki, hazırda bir çox ölkələr, əfsuslar olsun, resessiyadadır. Beş ayın nəticələri hələ ki, bizə məlum deyil, ola bilsin, 1 həftə ərzində məlum olacaq. Lakin düşünürəm ki, biz bu vəziyyətin öhdəsindən gələ biləcəyik. Sizin doğru olaraq qeyd etdiyiniz kimi, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim üçün əlbəttə ki, çağırışdır. Lakin biz addımlarımızı, büdcəmizi yeni reallıqlara uyğunlaşdırmağa nail olmuşuq və reallıqlar necə olsa, biz bunu nəzərə almalıyıq. Biz sosial layihələrin heç birini ixtisara salmamışıq, onların hamısı büdcəmizdə qalır. Lakin o layihələr ki, bir neçə il gözləyə bilər, onlar, əlbəttə, ola bilsin bir qədər təxirə salınsın. Düşünürəm ki, ümumilikdə, Azərbaycan yaxşı nəticələr nümayiş etdirən ölkələr arasında olacaq.

Masatsuqu Asakava Asiya İnkişaf Bankının prezidenti:Cari ilin ilk 4 ayı ərzində ölkənizin makroiqtisadi göstəriciləri kifayət qədər sabit olmuşdur. Dövlət büdcəsinə daxilolmalarda artımın olması təqdirəlayiqdir, lakin ilin ikinci yarısında güclü azalma riskləri ehtimalı mövcuddur. Bu baxımdan, tərəfinizdən ümumi daxili məhsulun 4,3 faizinə bərabər, geniş iqtisadi yardım paketinin qısa müddətdə qəbul edilməsini, pandemiyanın yayılmasının qarşısının alınması üçün səhiyyə sahəsində addımların atılmasını, sosial tədbirləri və biznesin dəstəklənməsini alqışlayırıq.

Vurğulanıb ki, Cənub Qaz Dəhlizi tamamlanmağa çox yaxındır, 3 layihə artıq yekunlaşıb. Dördüncüsü - Trans-Adriatik boru kəməri 95 faizdən çox tamamlanıb. Suvarma və təhsillə bağlı icra olunacaq bəzi layihələr var. Bərpa olunan enerji mənbələri üzərində fəal işlər aparılır.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Bizim ən böyük və Qafqazda ən böyük olan Mingəçevir elektrik stansiyamız tamamilə bərpa edilmişdir və ola bilsin ki, 1 və ya 2 ay müddətində bərpa işlərindən sonra açılacaqdır. Bundan əlavə, biz hazırda bərpa olunan enerji mənbələri üzərində fəal şəkildə işləyirik və bu sahədə fəaliyyət göstərən iki böyük şirkətlə bu ilin yanvar ayında artıq iki ilkin müqavilə imzalanmışdır. Ümumi enerji hasilatının həcmi 400 meqavat olacaqdır. İnvestisiya tamamilə xaricdən gələcəkdir və Günəş və küləklə işləyən iki elektrik stansiyası olacaqdır. Buna görə də kifayət qədər Günəş və külək mənbəyinə malik olduğumuzu nəzərə alaraq enerjinin bu sektorunu inkişaf etdirmək üçün bizim planlarımız var.

Dövlət başçısı Şimal-Cənub istiqamətində dəmir yolunun bərpa edilməsi prosesində olduğunu və Azərbaycanın bu dəhlizə böyük həcmdə sərmayə yatırdığını bildirib. İranla sərhəddən başlayaraq Rusiya ilə sərhədə qədər dəmir yolunun keyfiyyətinin yaxşı olmadığından da danışıb.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:Buna görə də biz qatarların sürətini artırmaq üçün indi artıq bəzi vəsaiti sərmayə olaraq yatırmışıq və biz bunu etməyi planlaşdırırıq. Çünki belə ola bilər ki, bütün yüklərin öhdəsindən gəlmək üçün bizim mövcud infrastrukturumuz kifayət etməyə bilər. Bu gün artıq bizim Rusiya ilə sərhədimizdə tıxaclar var. Çünki Azərbaycandan, həm də İrandan artan ixrac malların artıq yük maşınları ilə gətirilməsini mümkünsüz edir. Buna görə də bizə Şimal-Cənub dəhlizinin bir hissəsi olacaq müasir dəmir yolu sistemi lazımdır.

Prezident gələcəkdə kommunikasiya prosesində işlərin görülə biləcəyini, bu planlarla bağlı daha ətraflı məlumat veriləcəyini deyib.