Bu gün həyatımızı rəngarəng edənlərin - uşaqların günüdür. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir. Sıradakı materialı balacalara həsr edirik.
Uşaqlar... - Bu gün bir iyun uşaqlar günü, yəni bizim günümüzdür. - Böyüklər bizə hədiyyələr alacaqlar, gəzməyə aparacaqlar. Daha nələr nələr... - Hədiyyə demişkən, sən nə hədiyyə gözləyirsən ? - Hələ bilmirəm.. Yəqin sürpriz olar.
Böyüklərdən nə istəyirsən, nə hədiyyə gözləyirsən? Səncə alacaqlar sənə bu hədiyyəni?
Cəmiyyətin gələcək inkişafının əsasının uşaqlar təşkil edir. Daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması hər bir dövlətin ən ümdə məsələlərindəndir. Bu mənada 1 iyun uşaqların beynəlxalq müdafiəsi gününün qeyd olunması ilin heç olmasa 1 gününü onlara, qyğılarına həsr etmək baxımından əhəmiyyət daşıyır. rolik..
Qolarını açıb "dünya boyda çox istəyirəm" deyən körpələrə dünyanı dar etdilər. Sizi vaxtından tez böyütdüyü, bir parça çörəyə, bir çüt ayaqqabıya möhtac etdiyi üçün insanları, insanlığı bağışlamayın, balacalar. Bir gün uşaqlığınızı geri versələr,ac qalsalar, sizin yerinizə ölsələr, onda yenidən böyükləri bağrınıza basarsınız. Günü ürəklə qeyd edən balacaların isə ən gözəl hədiyyəsi mərhəmət olsun. Qəlbi,vicdanı, ədaləti olmayan böyüklərə çevrilməyin, çiçəklər...
- Baxış: 393