KepezTV Player
Rezidenturaya qəbul imtahanının iyulun sonu, avqustun əvvəlində keçirilməsi nəzərdə tutulur. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, imtahan iki mərhələli keçiriləcək. Mərhələlər arasında təxminən 10 gün fasilə veriləcək. İyunun 8-dən 18-nə qədər magistratura səviyyəsi üzrə ixtisas seçiminə başlanacaq. İxtisaslaşmaya aid jurnalın bu həftəsonuna hazır olacağı gözlənilir. Magistratura üçün nəzərdə tutulan şifahi müsahibələr onlayn qaydada keçiriləcək.
- Baxış: 269