• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1366
— 31.05.2020 21:18

Sağlamlığına məsuliyyətsiz yanaşanlar

KepezTV Player

Gəncədə 500 nəfərə yaxın sakinin koronavirusa yoluxması narahatlıq doğurmaqla təhlükənin davam etdiyindən xəbər verir. Xəstəliyinin yayılmaması məqsədilə şəxsi izolyasiya vasitələrindən istifadənin vacibliyi barədə tədbirlər davm etdirilsə də yumşaldılam məhdudiyyətlər insanların məsuliyyətini də azaldıb. Apardığımız müşahidələr vəziyyətin qənaətbəxş olmadığını deməyə əsas verir..

Karantin şəraitinin yumşaldılması ilə sosial təcrid qaydalarına əməl edənlərin sayı da azalıb. Xüsusilə də pik vaxtlarda sərnişinlə dolu avtobuslarda demək olar ki, sosial məsafə gözlənmir. İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin əksəriyyəti tibbi maskalardan istifadə etmir. Əsl vətəndaş mövqeyi ortaya qoyaraq məsuliyyətlərini dərk edən sərnişinlər də var.

sakin: Maskadan istifadə etməyə ehtiyac yoxdur. Mənim taxmağıma ehtiyac yoxdur. Maska insanı 2 saat qoruyur.

sakin: Hər gün taxıram. İndi yadımdan çıxdı. Bağmanın başında düşəndə aptekdən götürəcəm.

sakin: Ən birinci əlləri təmiz saxlamaq lazımdır. Maska hər yerdə taxılmalıdır. Sosial məsafə gözlənilməlidir. Sağlamlığımızı qoruyaq ki, xəstəlik də tez bitsin. Bu bəladan qurtulaq.

sürücü: Maşını spirtləyirik, dərmanlayırıq. Maskamızı taxırıq. Nə lazımdırsa, edirik. Biz deyirik, taxan da olur, taxmayan da.

sürücü: Maska da var, arakəsmə də var. Dezinfeksiya məhlulları da var. Öz təhlükəsizliyini qorumaq üçün hamı maska taxmalıdır.

Epidemiya müddətində istənilən ictimai məkan, eləcə də bazar və marketlər ikiqat təhlükəli hesab edilir. İnsanların cəmləşməsi, məkanın qapalı olması və ətrafda demək olar ki hər kəsin toxunduğu əşyalar. Belə olan halda hər adımda yoluxma ehtimalı təbii ki artır.

alıcı: İstifadə edə bilmirəm. Qarabağ veteranıyam, köhnə polis işçisi olmuşam. İndi istifadə edə bilmirəm.

alıcı: İnsan özündən başqa digər insanlara da təhlükə törədir. Tövsiyə edirəm ki, sakinlər sosial məsafədən başqa maskadan da istifadəni önəmli saysınlar.

alıcı: Bir alıcı olaraq, hamı özünü qoruyursa, mən də camaata demək istəyirəm ki, bu bizim sağlamlığımız üçündür. Biz bunu taxmasaq, ailəmiz, uşaqlarımız üçün təhlükə törədə bilər. Təmizliyə riayət etmək lazımdır. Gəldim mağazaya, alış-veriş edirəm. Təmizliyə riayət edirəm.

alıcı: Maska ilə gəlmişəm. Təmizliyə riayət edirəm. Hamıya tövsiyə edirəm ki, maska taxsınlar, sağlamlıqlarını qorusunlar.

Satışla məşğul olan şəxslər də məsələnin ciddiliyini başa düşməlidir. Sağlam qida zəncirinin təmin olunmasında əsas rol oynayan satış mütəxəssisləri, infeksiya ilə mübarizədə diqqətli olmalıdır. Bəs bazar və marketlərdə mövcud vəziyyət nə yerdədir?

Elvin Babayev inzibatçı: Gündəlik olaraq bütün təmizlik işləri aparılır. Bütün personal maska və əlcəkdən istifadə edir. Qaydalara əməl edirik. Səbətlər, müştərilərin istifadə etdiyi arabalar gündəlik olaraq təmizlənir.

Mətanət Babayeva mağaza sahibi: Maskadan istifadə edirik. Əlcəksiz şəxslərin məhsullara toxunmasına icazə vermirik. Özümüz də spirtdən istifadə edirik. İstiyərdik ki, hamı bu qaydalara əməl etsin.

Elman Məmmədov satıcı: Maskadan istifadə edirik. Tez-tez əllərimizi spirtli məhlullarla dezinfeksiya edirik. Otağın havasını dəyişirik tez-tez. Döşəməni yuyuruq tez-tez. Gələn alıcılara deyirik ki, maskadan istifadə edin. Sağlamlığınız üçün.

Tinay Məmmədova satıcı: Maska taxırıq. Gələnlərə də tövsiyə edirik ki, maskadan istifadə etsinlər. Tez-tez əllərimizi dezinfeksiya edirik. Yerimizi təmiz saxlayırıq.

Elxan İsayev satıcı: Maskadan istifadə edirik ən birinci. Spirtləyirik əllərimizi tez-tez. Həm özümüzü qoruyuruq, həm də qarşımızdakiları. 90-95% maska taxır. 5 % isə istifadə etmir.

Evdən çıxarkən və əhalinin sıx olduğu yerlərdə tibbi maskadan istifadənin zəruriliyi tənəffüs orqanlarını hava-damcı yolu ilə ötürülən virus və bakteriyalardan qorumaq məqsədi daşıyır.

Arzu Abdullazadə klinik-əczaçı: Təcrübələrimiz onu göstərir ki, aptekə daxil olan 100 nəfər şəxsdən 90 nəfərinin fikri belədir ki, bu boş şeydir, xəstəlik əlamətləri yoxdur, tibbi maska mütləq deyil. Süni tənəffüs yollarının qorunmasında maskaların əhəmiyyəti böyükdür. ÜST-ün məlumatına görə xəstəliyin yayılması hava-damcı üsulu ilə baş verir. Maskanın taxılması 90% bunun qarşısını alır.

İstənilən halda gigiyenik qaydalara əməl etməyə dəyər. Həkimlərin əlləri yumaq, asqırarkən və ya öskürərkən üzü qolumuzla tutmaq göstərişləri riayət etməli olduğumuz əsas məqamlardandır. İnzibati qaydada görülən tədbirlər isə sağlamlığın qorunmasına və əhalini daha məsuliyyətli davranmağa təhrik edən zəruri adımlardır.

Valeh Anaroğlu