• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2079
— 29.05.2020 11:49

İki xalaoğlu narkotik becərərkən yaxalanıb

KepezTV Player

Ağdaş rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tərbirləri nəticəsində Ləki qəsəbəsində yaşayan keçmiş məhkum 39 yaşlı Elmir Hüseynov və Binələr kənd sakini, 33 yaşlı Gündüz Bayramov saxlanılıblar. Onların Yuxarı Ləki kəndi ərazisində, böyürtkən kollarının arasında 10 ədəd dibçəkdə və 28 ədəd torpağa əkdikləri, xüsusi aqrotexniki qaydada qulluq edərək becərdikləri çətənə kolları aşkarlanıb. Narkotik tərkibli bitkilər kökündən çıxarılaraq götürülüb. Saxlanılan şəxslər xalaoğludurlar. Faktla bağlı Ağdaş RPŞ-nin Təhqiqat Bölməsində cinayət işi başlanaraq istintaq aparılır. 

“Xaş-xaş 2020” tədbirlər planına əsasən Ağdaş rayonu ərazisində 6 fakt üzrə narkotik vasitələrin xüsusi aqrotexniki qaydada qulluq edilməsi aşkar edilib və hər biri üzrə cinayət işi başlanaraq istintaq aparılır. Eyni zamanda, “Xaş-xaş 2020” tədbirlər planına əsasən, Ağdaş rayonu ərazisində ümumilikdə 4 fakt üzrə 7328 ədəd, 1 ton 141 kiloqram yabanı halda bitən narkotik tərkibli çətənə kolu aşkar edilib, kökündən çıxarılaraq yandırılıb.