• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1011
— 27.05.2020 11:57

Daha 24 nəfər Qazaxıstana gəmi ilə yola salınıb

KepezTV Player

Koronavirus pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə, Azərbaycanda qalan daha 18 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 6 Azərbaycan vətəndaşı bu gün Qazaxıstana yola salınıb. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "Professor Gül" bərə-gəmisi ilə yola salınan vətəndaşlar ilk olaraq Bakı Limanında COVID-19 testindən keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb. Mayın 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib, bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Mayın 20-də 35 Qazaxıstan vətəndaşı və 8 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.