KepezTV Player
Mayın 24-ü və 25-də Azərbaycanda Ramazan bayramı qeyd olunur. "Eydül-fitr" müsəlmanlar tərəfindən hicri təqviminin ikinci ilindən qeyd olunmağa başlanıb. Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd edilir.
Birinci vitse-prezident Mehriban Əliyeva bayram münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib. "Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, dünyamıza əmin-amanlıq və xoş günlər bəxş etsin!", - deyə Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində edilən paylaşımda vurğulanır.
- Baxış: 366