• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1325
— 23.05.2020 20:30

"Virusa yoluxan məhkumların əksəriyyəti sağalıb"

KepezTV Player

COVİD-19 virusuna yoluxan məhkumların tam əksəriyyəti artıq sağalıb və karantindən çıxıb. Bunu Ədliyyə naziri Fikrət Məmmədov Penitensiar və Tibb xidmətlərinin rəhbərliyinin, cəzaçəkmə müəssisələri rəislərinin, habelə Nazirliyin digər aidiyyəti məsul işçilərinin iştirakı ilə videokonfrans formatında keçirilən əməliyyat müşavirəsində bildirib. Hazırda bütün lazımi profilaktik tədbirlər davam etdirilir və vəziyyət tam nəzarətdə saxlanılır.Pandemiya dövründə 624 məhkum azadlığa buraxılıb, 310 həbs edilmiş şəxs isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad edilib.