• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 675
— 23.05.2020 20:29

Daha 127 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

KepezTV Player

Azərbaycanda 127 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1948, 1952 və 1982-ci il təvəllüdlü üç nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 3982 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2506 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1427 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 57 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 265.067 test aparılıb.