• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2302
— 22.05.2020 15:44

Qiymətindən narazı qalanlar direktora müraciət edə bilərlər

KepezTV Player

Hər hansı fənn üzrə illik qiyməti "3" və ya “4” olan, bu qiymətlərlə razılaşmayan V-VIII və X sinif şagirdləri illik qiymətin yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Şagirdin tədris ili üzrə illik balları onun həmin qiymətləndirmədə topladığı balların və tədris ilinin I yarımili üçün yarımillik ballarının ədədi ortası kimi hesablanır və müvafiq qiymətə uyğunlaşdırılır.**Ümumi təhsil müəssisələrində beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsilalanlar; xüsusi və ümumi təhsil müəssisələrində təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslər attestasiya olunmur. I sinif şagirdlərinin məktəbdaxili qiymətləndirilməsi aparılmır. Eyni zamanda II - XI sinif şagirdlərinin tədris ilinin I yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri kimi qəbul edilir.